Araşdırmanın istiqamətləri

Biz vitaminlərin orqanizmə təsirini araşdırdıq. Həkimlərlə söhbət etdik . Onlardan vitaminlərin  orqanizmdə rolu , əhəmiyyəti, çatışmamazlığı  zamanı  əmələ gələn xəstəliklər haqqında məlumat  öyrəndik . Valideynlərimizin bu  barədə fikirlərini öyrəndik.    Kitabxanadan , internetdən  məlumat topladıq. Yoldaşlarımızla birgə həkim müayinəsindən keçdik. Araşdırma zamanı həkimlərlə söhbətdən aydın  oldu ki ,İnsan orqanizminin normal fəaliyyəti üçün orqanizmə daim müxtəlif maddələr daxil olmalıdır - zülallar, yağlar, karbohidratlar, müxtəlif makro- və mikroelementlər, vitaminlər

Vitaminlərin orqanizmdə rolu çox böyükdür, onlar müxtəlif proseslərdə aktiv iştirak edir. Orqanizmin vitaminlərə olan gündəlik tələbatı çox da böyük deyil. Lakin hətta hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər. Vitaminlərin orqanizmə daxil olması pozulduqda hipovitaminoz, vitaminlərin daxil olması tam kəsildikdə isə avitaminoz inkişaf edir. Hər ikisi insanın sağlamlığı üçün ziyanlıdır. vitaminlər orqanizmə daima xaricdən daxil olmalıdır.


  •  A  vitamini  kökdə balıq yağı , qaraciyər , böyrək, süd, yumurta sarısı, buğda,  göbələk, paxlalı bitkilər, fıstıq, qoz və pomidorda daha çox rast gəlinir.  İspanaq, şalğam, balqabaq,  mərcimək, qovun,  qırmızı bibər, qreyfurt, noxud, qarpız, qaysıda da  A vitamininə rast gəlinir.

Bədəndə sümüklərin , dişlərin , dərinin və oynaqların inkişafını və güclənməsini təmin edir. Yaraları yaxşılaşdırır və toxumaları yeniləyir. Xərçəng və ürək xəstəliklərindən qoruyur. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı müqaviməti artırır


  • B  vitamini    ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda   daha çoxdur
B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür.


  • C  bir çox tərəvəzlərdə itburnu, qara qarağat, çaytikanı,soğan  bibər, kələm, pomidor, sitrus meyvələri (limon, portağal və s.), çiyələk, ispanaq, cəfəri, şüyüd, qoz və s.cəfəridə, balqabaqda, soğanda və pomidorda daha çox olur.

Bədəndə sümüklərin , dişlərin , dərinin və oynaqların inkişafını və güclənməsini təmin edir. Yaraları yaxşılaşdırır və toxumaları yeniləyir. Xərçəng və ürək xəstəliklərindən qoruyur. İmmunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı müqaviməti artırır




  •   süd, kərə yağı , pendir balıq, qaraciyərdə daha  çoxdur.                                       D vitamini   çox olarsa,  sümükdə  kalsiumun miqdarı artır.  D vitamini dişlərin  və sümüklərin inkişafında çox vacibdir.




1 комментарий: